"Elza Seyidcahanı Azərbaycana mən tanıtmışam" - ATV-nin aparıcısı

"Elza Seyidcahanı Azərbaycana mən tanıtmışam" - ATV-nin aparıcısı

ATV-nin aparıcısı Yusif Ağayev əməkdar artist Elza Seyidcahan barəsində açıqlama verib. Lent.az-ın məlumatına görə, aparıcı “Ondan sonra” verilişində bildirib ki, E,Seyidcahanı Azərbaycana o tanıdıb: “Söyləyəcəyim fikirlərim boğazdan yuxarı çıxmasın, amma Elza Seyidcahanı mən tanıtmışam. Allah İlhamə Quliyevaya rəhmət eləsin. Mərhum sənətkarın gəmidə böyük bir mərasimi var idi, Elzanı orada tanıdım. Ondan sonra da Elza Seyidcahanın mahnıları radioda getməyə başladı. Və bunun da nəticəsində 1999-cu ildə tanınmağa başladı. Təqribən 18 ilə yaxındır ki, Azərbaycanda Elza Seyidcahan kimi böyük bir sənətçi fəaliyyət göstərir. Elza Seyidcahanı Azərbaycanda tanıtdığıma görə kim mənə çox sağ ol deyir, ya da pisləyirsə, nə deyim”.

0
29