Kadırov Çeçenistanda seçkilərdə liderlik edir

Kadırov Çeçenistanda seçkilərdə liderlik edir

Çeçenistan Respublikasının başçısının səlahiyyətlərini icra edən Ramzan Kadırov respublika rəhbəri seçkilərində liderlik edir. 15,16% bülletenin yoxlanması nəticəsində o, 97,06% səs toplayıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “Seçkilər” sisteminə istinadən məlumat yayıb.

Çeçenistanın rəhbəri postuna Kadırovdan başqa “İnkişaf partiyası”nın üzvü İdris Usmanov, “Ədalətli Rusiya” regional şöbəsinin rəhbəri Sultan Denilxanov və respublikanın İctimai Palatasının sədri Qairsolt Basayev də namizəddir.

Kadırovun özü instaqramda bildirib ki, Rusiyanın MSK-da Çeçenistanda seçkilərin yüksək səviyyədə təşkil edildiyin, şəffaf keçirilməsini qeyd ediblər. Onun məlumatına görə, axşam saat 18:00-da 845 seçici seçkilərdə iştirak edib.

Qeyd edək ki, Ramzan Kadırovun səlahiyyətləri mart ayında başa çatıb. Bundan sonra prezident Vladimir Putin onu respublika rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib.

N.O.

0
7