Bakıda avtobus qəzaya düşdü: Ölü və yaralı var

Bakıda avtobus qəzaya düşdü: Ölü və yaralı var

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə “VAZ-2107” markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı avtomobillə “Daewoo” markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.

0
6