Azərbaycanlı modelin titulu geri alındı – FOTO

Azərbaycanlı modelin titulu geri alındı – FOTO

“Miss Regal Azerbaijan - 2016” model müsabiqəsinin qalibi Sona Kərimovanın titulu əlindən alınıb.

Oxu.Az xəbər verir ki, o, avqustun 13-də ölkəmizi Karib dənizinin şərqində yerləşən iki adadan ibarət olan ölkə - Antiqua və Barbuda keçiriləcək “Miss Regal İnternational - 2016” model müsabiqəsində təmsil etməli idi. Lakin model həmin müsabiqəyə qatılmadığına görə titulu geri alınıb. Sona Kərimova iştirak etməməsinin dəqiq səbəblərini açıqlamaq istəməyib.

“Miss Regal İnternational - 2016”-nın qalibi Yeni Zelandiyadan olan Adele Krantz seçilib.

Aytən Sadıqzadə

0
101