“Vahid Rusiya” parlament seçkilərində qalib gəlir

“Vahid Rusiya” parlament seçkilərində qalib gəlir

13,61% səs toplayan RFKP, 13,37% səs toplayan RLDP-dan bir qədər irəlidədir, “Ədalətli Rusiya” isə 6,17% səs toplayıb.

“Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyasında informasiya lövhəsində təqdim edilib.

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

Beşinci yerdə 2,40% səslə “Rusiya kommunistləri”dir. Daha sonra 1,77% səslə Rusiya təqaüdçüləri ədalət uğrunda partiyası, 1,42% səslə “Vətən”, 1,11%-lə İnkişaf Partiyası, 0,72%-lə “Yaşıllar”, 0,68%-lə “Parnas”, 0,57%-lə “Rusiya vətənpərvərləri”, 0,22%-lə “Vətəndaş platforması” gəlir. Hazırda 0,13% səslə sonuncu yeri “Vətəndaş qüvvəsi” tutur.

Seçicilərin səsvermədə iştirakı 47,91% təşkil edir.

Dövlət Dumasına seçkilər sentyabrın 18-də qarışıq sistem üzrə baş tutub: 225 deputat partiya siyahılarına görə, 225 deputat isə birmandatlı dairələr üzrə seçilib.

0
9