“İzvestiya”: Putin Qarabağ düyününü yumşaltmağa çalışacaq

“İzvestiya”: Putin Qarabağ düyününü yumşaltmağa çalışacaq

Rusiyanın planı ərazilərin bir hissəsini Azərbaycana qaytarmaqdan ibarətdir.

Rusiya və şəxsən prezident Vladimir Putin Dağlıq Qarabağ üzrə yaxın vaxtlarda başlayacaq danışıqlarda kompromissə nail olunmasına fəal dəstək göstərəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə diplomatik dairələrdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, rusiyalı lider hər iki tərəfin siyasətçilərini kompromisin zəruriliyi ilə bağlı şəxsən inandırmağa hazırdır.

Bununla yanaşı, söhbət təmas xəttində gərginlikdən getdiyi zaman tərəflərdən heç bir güzəştə hazır deyil.

“Hərbi əməliyyatların dayandırılmasından söhbət getdikdə hər iki tərəf danışıqlar masası arxasına əyləşməyə hazırdırlar. Lakin dərhal qarşılıqlı iddialar yada düşür və ərazi məsələsi həllolunmaz hala gəlir. Qarşıda çətin danışıqlar var və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün deyil”, - deyə mənbə “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Rusiyanın nizamlama planı “ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlıların yeridilməsi, qaçqınların qaytarılması və Qarabağın legitimləşdirilməsindən (yəni, sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpa olunması) ibarətdir, vəziyytə sakitləşəndən sonra isə regionun kimə mənsub olması haqqında referendum keçirmək təklif olunur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Putin Rusiya xalqı ilə “birbaşa xətdə” söz verdi ki, Moskva Qarabağ münaqişəsinin həm beynəlxalq qurumlar, həm də ikitərəfli qaydada həlli üçün səy göstərəcək.

“Kimin nə deməyindən asılı olmayaraq, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla tam səviyyədə işləmək istəyirik”, - deyə, Rusiya prezidenti bildirib.

0
20