Azərbaycanda neft hasilatı artıb

Azərbaycanda neft hasilatı artıb

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 28 milyon 159 min ton təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1,2% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

8 ayda 28 milyon 124 min ton əmtəə nefti (artım 1,1%) hasil olunub.

Bu dövrdə 19 milyard 764 milyon kubmetr qaz (artım 5,8%) hasil olunub. Əmtəə qazının hasilat həcmi isə 12 milyard 380 milyon kubmetr (azalma 0,8%) təşkil edib.

2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 milyon 689 min ton, qaz hasilatı 29 milyard 742 milyon kubmetr təşkil edib.

Hökumətin proqnozlarına görə, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 milyon 745 min ton, qaz hasilatı 29 milyard 345 milyon kubmetr təşkil edəcək.

U.A.

0
7