Rio-de-Janeyroda Paralimpiya Oyunları başa çatdı

Rio-de-Janeyroda Paralimpiya Oyunları başa çatdı

Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasim “Marakana” stadionunda təşkil olunub.

Qeyd edək ki, ümumi komanda hesabında 1-ci yeri 105 qızıl, 81 gümüş və 57 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc), üçüncü yerdə isə Ukrayna qərarlaşıb (41 qızıl, 37 gümüş, 39 bürünc).

Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıb.

N.O.

0
12