Çində yaşayış binasında partlayış: 1 ölü, 8 yaralı

Çində yaşayış binasında partlayış: 1 ölü, 8 yaralı

Çinin Tzyansu əyalətində ikimərtəbəli yaşayış binasında partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Usi şəhərində qeydə alınan hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Məlumata əsasən, dağıntılar altında qalanlar var. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

0
9