Rio-2016:Paralimpiya oyunlarının bağlı elan edildi

Rio-2016:Paralimpiya oyunlarının bağlı elan edildi

Rio-de-Janeyroda  XV Yay Paralimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasim “Marakana” stadionunda təşkil olunub.

Qeyd edək ki, ümumi komanda hesabında  1-ci yeri  105 qızıl, 81 gümüş və 57 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc), üçüncü yerdə isə Ukrayna qərarlaşıb (41 qızıl, 37 gümüş, 39 bürünc).

Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yeri tutub.

0
12