Ukrayna “Qolos”unda azərbaycanlının çıxışı zamanı xoşagəlməz hadisə – VİDEO

Ukrayna “Qolos”unda azərbaycanlının çıxışı zamanı xoşagəlməz hadisə – VİDEO

Çingiz şounu tərk edib.

Dünyaca məşhur “Qolos” layihəsinin Ukrayna versiyasında iştirak edən populyar azərbaycanlı müğənni Çingiz Mustafayevin çıxışı zamanı xoşagəlməz hadisə baş verib.

Oxu.Az “joinfo.ua”ya istinadən xəbər verir ki, münsiflərdən biri, təcrübəli musiqiçi və ukraynalı ifaçı Svyatoslav Vakarçuk eksperiment aparmaq fikrinə düşüb.

Onun komandasında iki xarici iştirakçı var idi. O, bu iştirakçılara Ukrayna mahnısını ifa etmək tapşırığını verib.

Beləliklə də tamaşaçılar məşhur “Reve ta stoqne Dnior şiroki” (Taras Şevçenkonun balladası) mahnısını Çingiz Mustafayev (Azərbaycan) və Anyani Udoqvanın (Nigeriya) ifasında eşitmək imkanı verilib. Təbii ki, gənclər üçün Ukrayna dilində, həm də belə bir ciddi mahnını oxumaq çətin idi.

Çingiz və Anyani çıxış etdikləri zaman Potap gülüb. Daha sonra mahnının səslənməsinin xoşuna gəldiyini, amma iştirkaçıların tez-tez “qırmızı xətti keçdiklərini” bildirib. Yəni prodüser və müğənnini xaricilərin ləhcəsi güldürüb. 

Svyatoslav Vakarçuk susa bilməyib. Təbii ki, güclü emossiyaların təsiri altına düşüb. Birincisi, o gənclər oxuyarkən o qədər həyəcan keçirirdi ki, yerində otura bilmirdi, daima yerindən qalxır və gəzinirdi, tamaşaçıların rekasiyasına baxırdı. Potap öz sözləri ilə Vakarçukun xətrinə dəyib, o özünü itimədən deyib:

 “Ukrayna mədəniyyəti və Ukrayna dövləti kimin burada doğulması və ya necə danışmasından asılı deyil. Bu torpağı burada olan və onu hiss edənlər sevir. Başqa ölkədən gələn, bu gün isə hansı dildə oxumalarından asılı olmayaraq, Ukraynanı təmsil edən Vanya kimi (İvan Dorn). Anyana və Çingiz kimi bəli ləhcəynən oxuyurlar, amma çox səmimi oxuyurlar.

Mən ölkəmdə belə müğənnilərin olmasını istəyirəm – bu iki insan mənim üçün, öz ölkələrini sevmədiklərindən danışaraq onu qarət edən, səhnəyə növbəti qonorarı qazanmaq üçün çıxanlardan daha çox ukraynalıdırlar”.

Qəzəblənmiş və incimiş Svyatoslav bu nitqindən sonra zala müraciət edərək mahnıda gülməli nəsə görənlərin əlini qaldırması xahişi ilə müraciət edib. Yalnız Potap əlini qaldırıb. Ona məhəl qoymayan Vakarçuq şouda iştirakını davam etdirmək şansını Anyaneyə verib.

Daha sonra “Qolos krayni” şousunun aparıcısı Yuri Qorbunov rok-musiqiçidən əsas olanı xatırlatdığı üçün təşəkkür edib. Bütün bunlar baş verərkən susan Tina Karol isə  öz növbəsində alqışlayıb, onun alqışlarına bütün zal qoşulub.

0
13