Azərbaycan Ukraynadan siqaret idxalına görə üçüncü yerdədir

Azərbaycan Ukraynadan siqaret idxalına görə üçüncü yerdədir

İdxal əməliyyatları bu ilin 8 ayı ərzində baş tutub.Azərbaycan cari ilin yanvar-avqust ayları ərzində Ukraynadan 27,7 milyon dollar məbləğində siqaret idxal edib.

Oxu.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, Azərbaycan bu göstəriciyə görə idxalçı ölkələr arasında üçüncüdür. Birinci yerdə Yaponiya (35,06 mln. dollar), ikinci yerdə isə Gürcüstan (33,2 mln. dollar) qərarlaşıb.

0
14