Mourinyo antirekordunu təzələdi - 10 İL SONRA

Mourinyo antirekordunu təzələdi - 10 İL SONRA

Joze Mourinyo şəxsi karyerasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının V turunda “Uotford”a məğlub olan “Mançester Yunayted”in bu uğursuzluğu Mounun bu mövsüm ardıcıl üçüncü yenilgisidi.

Maraqlıdı ki, portuqaliyalı çalışdırıcı eyni uğursuzluğu daha əvvəl iki dəfə də yaşayıb. Belə ki, ilk dəfə 2002-ci ildə “Porto” ilə üç oyunda xala həsrət qalan təcrübəli mütəxəssis, daha sonra 2006-cı ildə “Çelsi”də çalışarkən ardıcıl 3 matçda qələbə üzü görməyib.

10 il sonra isə anti-rekord “Mançester Yunayted”də təkrarlanıb.

Qeyd edək ki, “Uotford”a qədər “qırmızı şeytanlar” İPL-in IV turunda Mançester derbisində “Mançester Siti”yə, daha sonra isə Avroliqanın qrupunda “Feyenord”a qarşı oyunlarda meydanı başıaşağı tərk edib.

0
14