BŞBPİ Müsavat Partiyasının mitinqi ilə bağlı məlumat yaydı

BŞBPİ Müsavat Partiyasının mitinqi ilə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi keçirilmiş aksiya ilə bağlı məlumat yaydı.

Oxu.Az APA–ya istinadən xəbər verir ki, BŞBPİ–nin məlumatında deyilir:

“Bu gün “Müsavat” partiyasının Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

A.M.

0
14