"Qarabağ" əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi

"Qarabağ" əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi

"Qarabağ" əcnəbi futbolçularından biri ilə yollarını qəfil ayırıb. Əl Jadeyui Əl Hərbi daha Ağdam klubunun formasını geyməyəcək.

Lent.az xəbər verir ki, bu barədə futbolinfo.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov özü məlumat verib. O, mərakeşli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq yolu ilə pozduqlarını deyib.

Cinah yarımmüdafiəçisi son vaxtlar o qədər də şans qazanmırdı. Xüsusilə avrokubok matçlarında o, ehtiyat oyunçular skamyasında əyləşirdi. Belə durum onu da bezdirib və futbolçu yayda atmadığı addımı qışa da saxlamayıb.

Qurbanovun dediyinə görə, müqaviləni pozmaq istəyi futbolçudan gəlib: "Əl Hərbi özü də az oynamasına görə narahat idi. Sonda müraciət edərək getmək istədiyini bildirdi. Düzü, oyunların sız qrafikini nəzərə alsaq, onun qalmasında maraqlı idim, qarşıda bizə kömək edə bilərdi. Lakin görünür, az oynaması belə qərar verməsinə səbəb oldu. İndiki dönəmdə gedişi onun özünə də pis olacaq, "transfer pəncərəsi" bağlanıb, qışa kimi klub tapmaq da asan deyil. Bununla belə, futbolçunun qərarına hörmət edirik. Ümid edirəm, hər şey onun üçün yaxşı olacaq və mən də Əl Hərbiyə uğur arzu edirəm".

Futbolçunun "Qarabağ"dan ayrılmasının bu gün rəsmən elan olunacağı gözlənilir.

0
15