Özünü seçki məntəqəsində partlatmaq istədi - MOSKVADA

Özünü seçki məntəqəsində partlatmaq istədi - MOSKVADA

Rusiya paytaxtında naməlum şəxs seçki məntəqəsinə gələrək özünü partlatmaq istəyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın mərkəzində yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərindəki partlayıcı qurğunu işə salacağı ilə hədələyib.

Hüquq-mühafizə orqanlarındakı mənbədən RİA Novostiyə verilən məlumata görə, Moskvanın Erməni dalanında yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərindəki bombanı partladacağı ilə məntəqədəkiləri hədələməyə başlayıb. Mənbə onu da bildirib ki, artıq həmin şəxs zərərsizləşdirilib. Onun sözlərinə görə, həmin naməlum şəxsin üzərində düyməli kəmər olub: "Artıq həmin şəxs zərərsizləşdirilib və məntəqədən aparılıb".

Hüquq-mühafizə orqanlarındakı digər mənbə isə Moskvadakı seçki məntəqəsinə bomba ilə gələnlərin iki nəfər olduğu bildirilib.

0
13