Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs veriblər

Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs veriblər

Sentyabrın 18-də Rusiya Federasiyasının 7-ci çağırış Federal Məclisinin Dövlət Dumasına seçkilər keçirilir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda, Rusiyanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səsvermədə iştirak edib.

Səfir qeyd edib ki, ictimai rəy sorğuları Rusiyanın daxili və xarici siyasətdə mövcud siyasi kursunun davam edəcəyinə dair əsaslar verir. Dövlət Duması deputatlarının yarısı birmandatlı seçki dairələri üzrə seçilir. Rəy sorğularının nəticələrinə görə, hakim partiyanın aparıcı namizədləri liderdirlər.

V.Doroxin Bakıda səsvermənin demokratik və yüksək səviyyədə keçirilməsinə dəstəyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

S.B.

0
13