Səudiyyə Ərəbistanında polislər öldürüldü

Səudiyyə Ərəbistanında polislər öldürüldü

Ötən gün axşam saatlarında Səudiyyə Ərəbistanının Dammam şəhərində naməlum şəxslər polis patrulunu atəşə tutublar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Səudiyyə Ərəbistanı DİN-nin məlumatına əsasən, insident nəticəsində iki polis əməkdaşı ölüb.

Məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Cinayət yerli hakimiyyət tərəfindən terror aktı adlandırılıb.

0
11