Paralimpiyadada daha bir gümüş

Paralimpiyadada daha bir gümüş

Azərbaycan idmançısı Dmitri Saley Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.

APA-nın xəbərinə görə, Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının həlledici mərhələsində Dmitri 24,29 saniyə nəticə göstərərək gümüş medala layiq görülüb.

Dmitri Saley bundan əvvəl 100 metr məsafəyə brass üsulu ilə üzmədə gümüş medal qazanmışdı.

Qeyd edək ki,  Azərbaycanın Riodakı  Paralimpiya Oyunlarında qazandığı medalların sayı 10-a çatıb.

0
8