BMT TŞ-nin təcili toplantısı çağırıldı

BMT TŞ-nin təcili toplantısı çağırıldı

BMT Təhlükəsizlik Şurası Nyu-York vaxtı ilə təxminən 19.00-da (Bakı vaxtı ilə 03.00-da)  Suriyaya dair təcili toplantı keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcəyi bildirilir.  Görüşdə Moskva ABŞ-dan insidentə dair detallı izah tələb edəcək.

Qeyd edək ki,  ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı  beynəlxalq koalisiyaya məxsus  aviasiyanın Suriya ordusunun  mövqelərinə zərbələr endirməsini etiraf edib.

Beynəlxalq koalisiyanın dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.  

0
11