Arvadını əlindən alıb, özünü də bıçaqladı

Arvadını əlindən alıb, özünü də bıçaqladı

Azərbaycanlı kişi polisə aparılıb.

Aprelin 16-da Sevastopol şəhərində “Silpo” supermarketinin yanında ailə zəmnində münaqişə baş verib. Nəticədə xəsarət alan var.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarına yaxın mənbənin “Primeçaniya”ya bildirdiyinə görə, hadisə 18:30-da baş verib. 

“Sevastopollu oğlanın arvadı və iki uşağı var idi. Daha sonra arvadının azərbaycanlı sevgilisi peyda oldu, o, hamilə qaldı. Qadın iki uşağını əri ilə qoyub məşuqu ilə gedib. Kişi dözüb və sonra arvadını geri qaytarmaq qərarına gəlib.  

Onu tapmaq üçün “Silpo” supermarketinin yanında tərəvəz satılan dükanda işləyən azərbaycanlının yanına gəlib. Təbii ki, o, qadının əlaqə nömrəsini verməyib və dava düşüb, nəticədə azərbaycanlı Rusiya vətəndaşının əlinə bıçaq zərbəsi vurub, damarı kəsilib”.

Mənbənin sözlərinə görə, hadisə yerinə operativ şəkildə polis və istintaq qrupu gəlib.

Ətrafda toplaşanlar polisin heç nə etmədiyini, heç kəsi qorumadığını qışqırsalar da, tez sakitləşiblər.

Yaralıya tibbi yardım göstərilib, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Davanın hər iki iştirakçısı məsələni aydınlaşdırmaq üçün Daxili üşlər üzrə rayon şöbəsinə gətirilib.

0
11