ABŞ-da marafon öncəsi partlayış törədilib

ABŞ-da marafon öncəsi partlayış törədilib

ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib, insident nəticəsində xəsarət alan olmayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu zibil qutusunda yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 17.30-da)  partladılıb.  

Saat 9.00 planlaşdırılmış 5 km-lik xeyriyyə marafonun startı qeydiyyatla əlaqədar yubanıb. Partlayışdan sonra marafonun keçirilməməsinə qərar verilib.  

Məlumata görə, hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb.

İnsident polis tərəfindən araşdırılır.

0
11