Ukraynaya daha $1,3 mlrd. ayrılacaq

Ukraynaya daha $1,3 mlrd. ayrılacaq

Beynəlxalq Valyuta Fondu 2016-cı ilin sonunadək Ukraynaya daha 1,3 mlrd. dollar ayıracaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ayrılacaq dördüncü tranşın dəqiq həcmi BVF Şurası tərəfindən müəyyən ediləcək.

BVF bir neçə gün əvvəl Ukraynaya $1,3 mlrd. həcmində üçüncü maliyyə tranşı ayırıb.

0
12