Türkiyədə terrorçularla atışma: İki əsgər şəhid oldu

Türkiyədə terrorçularla atışma: İki əsgər şəhid oldu

Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK terrorçuları qarşı aparılan əməliyyatlar zamanı iki əsgər şəhid olub, dördü yaralanıb.

Oxu.Az-ın Hurriyet qəzetinə istinadən verdiyi məlumata görə, yaraqlılara qarşı əməliyyat bu gün yerli vaxtla saat 11:00 radələrində başlayıb.

Atışma zamanı dörd terrorçunun öldürüldüyü bildirilir.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə əlavə hərbi təyyarələr və helikopterlər göndərilib.

S.B.

0
33