Milyonlarla türkün pasport məlumatları internetdə yerləşdirildi

Milyonlarla türkün pasport məlumatları internetdə yerləşdirildi

Ankara məhkəməsi bu günlərdə Rusiyaya sorğu ilə müraciət edəcək.

Türkiyə hakimiyyəti Rusiyanın internetdə 50 milyon türk vətəndaşının personal məlumatlarını yerləşdirməyindən şübhələnir.

Oxu.Az “Haber7” qəzetinə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, Türkiyə sakinlərinin pasport məlumatları rusiyalı hakerləri tərəfindən yayılıb. 

Daha öncə Türkiyənin Nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Binali Yıldırım bu məlumatın həqiqətəuyğun olmadığını bəyan etmişdi. 

Tam istintaq aparılması üçün Ankara məhkəməsi bu günlərdə Rusiyaya sorğu ilə müraciət edəcək. 

0
11