Ermənistanda baş verən qəzada rusiyalı hərbçilər öldü

Ermənistanda baş verən qəzada rusiyalı hərbçilər öldü

Ermənistanın Lori vilayəti ərazisində, Vanadzor-Spitak yolunda sentyabrın 17-də səhər saatlarında baş verən qəzada rusiyalı hərbçilər ölüb.

Oxu.Az bu barədə news.am-a istinadən xəbər verir.

Məlum olub ki, 20 yaşlı Rusiya vətəndaşının idarə etdiyi "Volkswagen Golf" markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 27 yaşlı V.Y (Rusiya vətəndaşı) və hazırda kimliyi müəyyən edilən daha bir nəfər ölüb.

N.O.

0
17