İstirahət günü Azərbaycanda yağış yağacaq

İstirahət günü Azərbaycanda yağış yağacaq

İstirahət günü, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-27 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

N.O.

0
15