Məşhur dramaturq Edvard Olbi vəfat edib

Məşhur dramaturq Edvard Olbi vəfat edib

ABŞ-ın dünya şöhrətli dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi 88 yaşında vəfat edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.

Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən məşhur ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.

E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.

N.O.

0
9