İlin ən çox qazanan aktrisaları

İlin ən çox qazanan aktrisaları

“Modern Family” (“Müasir ailə”) serialının ulduzu Sofi Verqara “Forbes” jurnalının açıqladığı “Ən çox qazanan qadın aktrisa” siyahısında lider olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, serialda “Qloriya” obrazını canlandıran kolumbiya əsilli amerikalı aktrisa son 1 ildə 43 milyon dollar qazanıb. 44 yaşlı aktrisa 5-ci dəfədir bu nominasiyada qalib gəlir.

24,5 milyonluq gəliri ilə “Big Bang Theory” serialının aktrisası Keli Kuoko ikinci pillədə yer alıb. 3-cü yeri isə 15 milyon qazanan “The Mindy Project”in aktrisası Mindi Kalinq tutub.

0
30