Ağ Ev: ABŞ Türkiyəyə dəstək verməyə hazırdır

Ağ Ev: ABŞ Türkiyəyə dəstək verməyə hazırdır

Rəsmi Vaşinqton Suriyada  İŞİD terror qruplaşması ilə mübarizə aparan Türkiyəyə quru qoşunları ilə dəstək verməyə hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan edib.

“ABŞ Türkiyəyə müxtəlif üsullarla dəstək göstərə bilər. O cümlədən Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmaqla”, deyə C.Ernest bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu səylərin məqsədi Türkiyə-Suriya sərhədində təhlükəsizliyi  gücləndirmək və zorakılığa son qoymaqdır.

0
10