İsrail hərbçiləri fələstinlini öldürdü

İsrail hərbçiləri fələstinlini öldürdü

İsrail hərbçiləri onlara  bıçaqla hücum edən fələstinlini öldürüblər.

APA-nın məlumatına görə, bu barədə İsrail Müdafiə ordusunun mətbuat xidməti bildirib.

İnsident Hevron şəhərində qeydə alınıb. Məlumata görə, əli bıçaqlı fələstinli hərbçilərə hücum edib. Buna cavab olaraq hərbçilər atəş açıblar.

Qeyd olunur ki, bu, gün ərzində Hevronda baş verən sayca üçüncü silahlı insidentdir.

0
17