Yan Yambon: Belçika müsəlmanları terror aktları barədə eşidəndə rəqs edirdilər

Yan Yambon: Belçika müsəlmanları terror aktları barədə eşidəndə rəqs edirdilər

“Bir çoxları polislərə daş və şüşə atırdı”.

Belçikanın xarici işlər naziri Yan Yambon ölkə müsəlmanlarını Brüsseldə martın 22-də baş vermiş terror aktlarını bayram kimi qeyd etməkdə ittiham edib. 

Oxu.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, “De Standaard”a verdiyi müsahibəsində bildirib. 

Yambon bəyan edib ki, belçikalı müsəlmanların əksəriyyəti terror aktlarından xəbər tutduqdan sonra “rəqs edirdilər”. Bundan başqa, bir çoxları Parisdə terror aktlarının tşkilatçısı olması ehtimal edilən Salah Abdulsəlimin həbsi zamanı polis və jurnalistlərə daş və şüşə atırdılar. 

Bu bəyanatlar Belçikada qaçqınların inteqrasiyası siyasətinin süquta uğramasına dair söhbətin gedişatında səslənib. 

Ölkənin XİN rəhbəri hesab edir ki, Brüssel uzun müddət həyəcan siqnalına məhəl qoymurdu, bu isə miqrasiyanın üçüncü və ya dördüncü nəslinin radikal gənclərindən doğan təhlükənin güclənməsinə gətirib çıxardı. 

“Terrorçuları həbs etmək, cəmiyyətdən uzaqlaşdırmaq olar, bu sadəcə altında şiş olan kəsikdir, onun müalicəsi isə daha mürəkkəbdir”, - Yambon bildirib. 

0
16