SOCAR və “Petronas” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR və “Petronas” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Malaziyanın “Petronas (E&P) Overseas Ventures SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.

A.S.

0
8