Türkmənistanın Azərbaycandakı sabiq səfiri ölkənin Dövlət İdman Komitəsinə rəhbər təyin edilib

Türkmənistanın Azərbaycandakı sabiq səfiri ölkənin Dövlət İdman Komitəsinə rəhbər təyin edilib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov dünən hökumət iclasında Dövlət İdman Komitəsinin sədri Kakabay Seyidovu başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.

Türkmənistan Dövlət İdman Komitəsinin yeni rəhbəri Toyli Komekov bundan öncə Azərbaycanda Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tuturdu.

Avqust ayında Q.Berdiməhəmmədov Kakabay Seyidova Türkmənistan yığmasının Rio-de-Janeyroda keçirilən Olimpiadada rüsvayçı çıxışına görə töhmət verib.

Dövlət rəhbəri həmçinin hökumətə Türkmənistanda idmanın vəziyyətini araşdırmağı və ölkədə idman sahəsinin rəhbərliyini yenidən təşkil etməyi tapşırıb.

N.O.

0
9