Ərəb dilində danışan gənci təyyarədən qovdular

Ərəb dilində danışan gənci təyyarədən qovdular

“Gör islamofobiya bu ölkəni nə günə qoyub”.

İraq mənşəli tələbəni telefonla ərəb dilində danışdığ üçün ABŞ təyyarəsindən düşürüblər. 

Oxu.Az “The New York Times”a istinadən xəbər verir. 

Məlumata görə, hadisə “Southwest Airlines” aviaşikətinin Oklenddən Los-Ancelesə istiqamət götürmüş təyyarəsində baş verib. 26 yaşlı Hayruldin Mahzum burada nüfuzlu Kaliforniya universitetindən təhsil alır. 

 “NYT” yazır ki, gənc adam iştirak etdiyi, BMT-nin baş katibi Pan Gi Munun çıxış etdiyi tədbir haqqında təəssüratlarını bölüşmək üçün İraqdakı əmisinə zəng edib.

Amma onun yanında oturan sərnişin Mahzuminin təhlükəli ola biləcəyini düşünüb, nəticədə heyət üzvləri ondan təyyarəni tərk etməyi xahiş ediblər və “Niyə təyyarədə ərəb dilində danışıb?” sualını veriblər. 

“Gör islamofobiya bu ölkəni nə günə qoyub”, - Mahzumi onunla “heyvan kimi” danışan personala deyib. 

0
19