Müğənni Çelik çılpaq halda fotoşəklini paylaşdı

Müğənni Çelik çılpaq halda fotoşəklini paylaşdı

Son dəfə uzun saç və saqqalı ilə gündəmə gələn 90-cı illərin unudulmaz ifaçılarından olan Çelik Erişçi obyektivlərə ikinci dəfə çılpaq poza verib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bundan əvvəl albomunun üz qabığı üçün çılpaq halda fotokamera qarşısına keçən pop ifaçısı bu dəfə 2014-cü ildə yolların bağlı olması səbəbi ilə xəstəxanaya çatdırılmadığına görə həyatını itirən 1,5 yaşlı Muharrem Taş üçün soyunub.

Sosial şəbəkədə sözügedən fotoşəkli paylaşan müğənni “Azadlıq olmadan sənət olmaz. İncəsənət yalnız öz-özünə qoyduğu məhdudiyyətləri ilə yaşayır, digərləri isə sənəti öldürür” şərhini yazıb.

Aytən Sadıqzadə

0
20