Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi – FOTO

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi – FOTO

Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılışı keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Şirin Məlikova açaraq söyləyib ki, Azərbaycan Xalça Muzeyi, Muzey Sərvərləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının böyük zəhməti nəticəsində bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponat üzərində zəruri işlər həyata keçirilib. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd isə bu sənət nümunələrini nümayiş etdirmək, onların necə qorunduğunu göstərməkdir.

Muzey Sərvərləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək qeyd edib ki, sərgidə bərpa edilmiş 49 eksponat nümayiş olunur. Bunlar xovsuz , xovlu xalçalar, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.

Sərgi zamanı eksponatların konservasiya prosesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək.

Sərgi sentyabrın 29-dək ziyarətçilərin üzünə açıq olacaq.

A.S.

0
117