"Zolotaya Korona" Ermənistana köçürmələri dayandırdı

"Zolotaya Korona" Ermənistana köçürmələri dayandırdı

"Zolotaya Korona" beynəlxalq pulköçürmə sisteminin operatoru və hesablama mərkəzi olan Rusiyanın qeyri-bank kredit təşkilatı "Ödəniş Mərkəzi" MMC (OOO "Платежный Центр") Ermənistanda əməliyyatları dayandırıb.


"
"

"Ödəniş Mərkəzi" MMC-nin İdarə Heyətinin sədri Q.M.Mats Palataya ünvanladığı məktubda rəhbərlik etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal altında olan ərazilərə pul köçürməsinin yolverilməzliyini vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bu faktı təsdiqləyiblər: "Bizə məlumat daxil oldu ki, "Zolotoya Korona" ödəniş sisteminin iştirakı ilə Dağlıq Qarabağa pul köçürmələri edilir. Məlumat araşdırıldı və "Zolotoya Korona"ya məktub ünvanlayıb, bununla bağlı danışıqlar apardıq. Danışıqların nəticəsi olaraq onlar ümumiyyətlə Ermənistan üzərində köçürmələri dayandırmaqla bağlı qərar qəbul etdilər. Hazırda biz bu məsələni nəzarətdə saxlamışıq".

Xatırladaq ki, bu, "Zolotaya Korona" beynəlxalq pulköçürmə sistemi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində əməliyyatlar həyata keçirməsi ilə bağlı birinci hal olmayıb və bu hadisə dəfələrlə təkrarlanıb.

Ona da qeyd edək ki, altı ay fəaliyyət göstərməsinə baxmayaraq, MBNP "Zolotoya Korona"nın Ermənistanla əməliyyatları dayandırmasına müvəffəq olub.

0
10