Nazir Sumqayıt Baytarlıq İdarəsinin rəisini işdən çıxardı

Nazir Sumqayıt Baytarlıq İdarəsinin rəisini işdən çıxardı

Qurumla bağlı materiallar prokurorluğa göndərilib.Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Heydər Əsədov deyib.

Onun sözlərinə görə, buna səbəb idarə rəisinin Qurban bayramında ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin edilmədiyi və tabelyinindəki işçilərin işdə yol verdikləri nöqsanları aradan qaldırmadığı olub.

Bundan başqa, idarənin aparıcı baytar həkimi Emil Zinharova tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub”.

Qeyd edək ki, kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt Şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Ülviyyə R. Əli

0
8