Özbəkistan rəhbərinin səlahiyyətlərinin icraçısının namizədliyi irəli sürüldü

Özbəkistan rəhbərinin səlahiyyətlərinin icraçısının namizədliyi irəli sürüldü

Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, ölkənin baş naziri Şavkat Mirziyəyev ölkə prezidenti postuna namizədliyini irəli sürüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan MSK bəyan edib.

Məlumatda qeyd edilir ki, Ş.Mirziyəyevin namizədliyi Özbəkistanın Liberal-Demokratik Partiyasının siyasi şurasının iclasında irəli sürülüb.

Sentyabrın 2-də Özbəkistanın birinci prezidenti İslam Kərimov 78 yaşında vəfat edib. Respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir Şavkat Mirziyəyevə həvalə edildi. Bu vəzifəni konstitusiyaya görə icra edəcək senat sədri Nihmətulla Yuldaşev səlahiyyətlərdən imtina edib.

Prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Ölkə prezidenti posuna namizədlik sentyabrın 30-dan oktyabrın 20-nə qədər irəli sürüləcək.

N.O.

0
18