“Dəmirbank”a 140 milyon manatdan çox əmanət yerləşdirilib

“Dəmirbank”a 140 milyon manatdan çox əmanət yerləşdirilib

2016-cı ilin başlanğıcından 4000-dən çox müştəri tərəfindən “DəmirBank”a manat ekvivalentində 140 milyondan çox vəsait yerləşdirilib. Bu isə bazardakı vəziyyətdən asılı olmayaraq, müştərilərin “DəmirBank”a qarşı olan inam və etibarının göstəricisidir.

Bu göstəricinin digər səbəbi “DəmirBank”ın daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif etməsidir. Belə ki, hazırda dollar əmanətləri üzrə illik 9%, manat əmanətlərini isə illik 17%-dək yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq, əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

N.O.

0
5