“Samsung Curved TV” televizorları gözə minimal təzyiq edir

“Samsung Curved TV” televizorları gözə minimal təzyiq edir

Buna görə izləyici daha realistik, yüksək keyfiyyətli təsvir görür.“Samsung Curved TV” televizorları ilə siz gözlərə əlavə təzyiq olmadan daha çox görəcəksiniz.

Bu effekt birbaşa olaraq gözlərimizin quruluşu ilə bağlıdır: İnsan gözündə periferiya görməsi mühüm rol oynayır: onsuz təsvir hamar və süni görünür.

“Samsung” televizorlarının ekranının qövsvariliyi elə qurulub ki, o, periferik görüşü standart yastı televizorlarla müqayisədə daha çox işlətməyə imkan yaradır. Məhz buna görə izləyici daha realistik, yüksək keyfiyyətli təsvir görür.

Ekranın təbii qövsvariliyi seyr zamanı göz hərəkətini azaldır və bu da öz növbəsində gözlərin yorğunluğunu azaldır. Harvard universitetinin hamar və qövsvari ekranlı televizorların keyfiyyətinin müqayisəsi üzrə araşdırmaları göstərdi ki, “Curved TV” ekranları izləyicinin gözlərinə olan təzyiqi effektiv şəkildə azaldır.

Ekranın qövs dərəcəsi elə hesablanıb ki, seyr zamanı gözlər aktiv hərəkət etmir. Bu da göz əzələlərində gərginliyi hiss olunacaq dərəcədə azaldır.

“Curved TV” görməyə yük vermədən izləyici üçün bütünlüklə reallığa qərq olma hissi və panoramik təsvirinin qəbulunda tam yeni səviyyə yaradır.

U.A.

0
6