Zakir Nuriyevdən marja açıqlaması

Zakir Nuriyevdən marja açıqlaması

“Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur”.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu marja həm bazar iştirakçılarının möhtəkirlik məqsədi ilə valyuta alıb saxlamasının qarşısını alır:

“Bankları isə əllərindəki valyutanı 4%-lik marjanı nəzərə alaraq satışa çıxarmağa stimullaşdırır”.

Z.Nuriyev rəhbərlik etdiyi qurumun Azərbaycan Mərkəzi Bankına valyuta dəhlizinin müəyyən edilməsi ilə bağlı vaxtı ilə etdiyi təklif barədə də danışıb. Onun sözlərinə görə, bu təklif xarici təcrübə nəzərə alınmaqla irəli sürülüb:

“Bu cür təkliflər Azərbaycanda Maliyyə Sabitliyi Şurası tərəfindən nəzərdən keçirilir, ölkəyə uyğundursa, tətbiq edilir. Biz sadəcə təkliflərimizi veririk”.

Xatırladaq ki, bu ilin yanvarın 13-də valyuta mübadiləsi zamanı kommersiya banklarının tətbiq etdiyi marja 2%-dən 4%-dək artırılıb.

U.A.

0
8