II Şəki Beynəlxalq Teatr Festivalı başlandı

II Şəki Beynəlxalq Teatr Festivalı başlandı

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) teatrları iştirak edir. Festivalın tamaşaları Şəki ilə yanaşı, Mingəçevir və Bakıda da göstəriləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Festival tədbirlərindən öncə mətbuat nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın fəxri qonaqları - Rusiyadan tanınmış teatr tənqidçisi Valentina Fyodorova və Səudiyyə Ərəbistanından teatr mütəxəssisi və təşkilatçısı İbrahim Assiri iştirak ediblər.

“Üç məkan” festivalının təşkilat komitəsi bu sənət bayramında iştirak etmək istəyən 28 ölkədən 45 teatr kollektivinin yolladığı tamaşaların videolentinə baxdıqdan sonra seçim edib. Sentyabrın 25-dək davam edəcək festivalda ümumilikdə 12 tamaşa göstəriləcək.

A.S.

0
13