Dollar dəyişmək üçün ən sərfəli banklar – SİYAHI

Dollar dəyişmək üçün ən sərfəli banklar – SİYAHI

Sentyabr ayının 16-da Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Turanbank”dır.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,6330 manata alır.

Dolların qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “AFB Bank” və “Yapı Kredi Bank”dır. Bu bankda alış qiyməti 1,5720 manatdır. Dolların ən aşağı satış qiyməti isə “Bank of Baku”dadır. Bu bank dolları 1,6500 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,7030 manatdır. Bankların bir hissəsi dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri

Avronu ən baha “Bank of Baku” alır - 1,8400 manat. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)” və “Bank Respublika”dır - 1,7670 manat. Avronu ən ucuz “Atabank” satır - 1,8500 manat. Avronun ən baha satış qiyməti 1,9150 manat təşkil edir. “Accessbank” avronu bu məzənnə ilə satır.

U.A.

0
5