“Qarabağ” 120 min avro qazandı

“Qarabağ” 120 min avro qazandı

Dünən “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə “Slovan”la heç-heçə edib (2:2).

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda bu nəticə ilə büdcəsini zənginləşdirib.

Belə ki, Avroliqanın qrupunda edilən heç-heçəyə görə UEFA klublara 120 min avro ödəyir. Ağdam klubu da qitə futbol qurumundan yuxarıda göstərilən məbləği alacaq.

Qeyd edək ki, Avropa Liqasında qələbəyə görə 360 min, heç-heçəyə görə 120 min avro verilir.

E.Ə.

0
9