Dünyanın ən bahalı futbolçusu məsciddə poz verdi - FOTO-VİDEO

Dünyanın ən bahalı futbolçusu məsciddə  poz verdi - FOTO-VİDEO

Dünyanın ən bahalı futbolçusu olan “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Paull Pogba ilk dəfə məsciddə görüntülənib.

Lent.az-ın “The Telegraph” saytına istinadən məlumatına görə, Qvineya əsilli futbolçu şəxsi “İnstagram” səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq “Eid Mubarak” (Qurban bayramınız mübarək) şərhini yazıb.

Onu da bildirək ki, bu yay Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək. 

P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edib. (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödənilib.

0
11