SOCAR istiqrazlarının satışa çıxarılma vaxtı açıqlandı

SOCAR istiqrazlarının satışa çıxarılma vaxtı açıqlandı

“SOCAR istiqrazları 5 illik müddətində ümumilikdə 100 milyon dollar dəyərində olacaq və illik 5 faiz divident ödəniləcək. Bu istiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək”.

Oxu.Az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”-nin (STEAŞ) maliyyə risk idarəçiliyi və xəzinə koordinatoru Ali Ağaoğlu SOCAR istiqrazlarının təqdimat mərasimində məlumat verib.

O bildirib ki, SOCAR istiqrazları sentyabrın 20-dən satışa çıxarılacaq.

“SOCAR istiqrazları Azərbaycanın maliyyə bazarlarının inkişafı baxımından böyük addımdır”, - deyə A.Ağaoğlu sözlərinə əlavə edib.

U.A

0
7