Tanınmış aparıcı “Space” telekanalında çalışacaq

Tanınmış aparıcı “Space” telekanalında çalışacaq

Teleaparıcı Aysel Nazim bu gündən etibarən “Space” televiziyasında hava proqnozunu təqdim edəcək.

Oxu.Az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib.

Xatırladaq ki, A.Nazim “ATV idman”ın aparıcısı kimi tanınıb. Daha sonra “Eks bacanaqlar” serialında rol alıb. ATV-dən ayrıldıqdan sonra “Xəzər” telekanalında yayımlanan “Rahat ev” verilişinə aparıcılıq edib.

Aytən Sadıqzadə

0
16