Britaniyanın Ankaradakı səfirliyi işini dayandırıb

Britaniyanın Ankaradakı səfirliyi işini dayandırıb

Böyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik baxımından sentyabrın 16-da  fəaliyyət göstərməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir. Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Böyük Britaniyanın Ankaradakı səfirliyi Türkiyədə Qurban bayramı günlərində (12-15 sentyabr) işini dayandırmış əksər səfirliklər kimi  sentyabrın 16-da fəaliyyətini bərpa etməli idi.

Bundan əvvəl mətbuatda Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təhlükəsizlik baxımından həftənin sonunadək fəaliyyətini dayandıracağı barədə məlumat yayılıb.

0
6